
İnternetdə Çinin hazırladığı “Dongfeng-41” (DF-41) qitələrarası ballistik raketin fotoları yayılıb. “Yeniavaz.com”un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, raket Rusiya ilə sərhəd Xeylunszyan vilayətində yerləşdirilib. Hərbi analitiklər güman edirlər ki, DF-41 Çin qoşunlarına daxil olan ikinci strateji raket briqadasıdır. Bəzi KİV-lərin məlumatına əsasən, Çinin yeni raketin fotolarını internetdə yerləşdirməsi ABŞ prezidenti Donald Trampın andiçməsi və Pekinin D. Trampın Çin barədə təxribat bəyanatlarına cavabdır. DF-41 bərk yanacaqlı yol-mobil qitələrarası ballistik raketdir. Raket özündə fərdi hədəf seçmə qabiliyyətinə malik 10-12 nüvə blokunu birləşdirir və maksimum uçuş məsafəsi 14 min kilometrdir.
Tətbiqimizi yükləyə bilərsiniz