Fransada təyyarə qəzaya düşüb – 11 nəfər ölüb


Fransanın şərqində paraşütçüləri daşıyan mülki təyyarənin qəzaya düşməsi nəticəsində 11 nəfər həlak olub.
Yeniavaz.com
 xəbər verir ki, AFP agentliyinin yaydığı məlumata görə, hadisə Tomblen şəhərində baş verib. Yerli hakimiyyət orqanlarının bildirdiyinə əsasən, qəza nəticəsində pilot, beş tələbə və beş müəllim olmaqla, təyyarədə olan bütün 11 nəfər həyatını itirib.
Yerli medianın məlumatına görə, paraşüt məktəbi tərəfindən istifadə olunan təyyarə aerodromdan havaya qalxarkən qəzaya uğrayıb. Fransanın Daxili İşlər Nazirliyinin rəhbərliyi hadisə yerinə yollanıb.
Yerli rəsmilər həmçinin qeyd ediblər ki, həlak olanların yaxınları qəza baş verən vaxt aerodrom ərazisində olublar.

DİGƏR XƏBƏRLƏR

Top