
Azarkeşlər Dünya Kubokunun qrup mərhələsindən sonra Kriştiano Ronaldo ilə Lionel Messinin dörddəbir finalda qarşılaşacağını gözləsələrdə, Portuqaliyanın qrup ikincisi olması bu ehtimalı aradan qaldırdı.
Yeniavaz.com xəbər verir ki, indi iki komanda yalnız finalda və ya üçüncü yer uğrunda oyunda üz-üzə gələ bilər.
Portuqaliya qrupun son turunda Kolumbiyanı məğlub edə bilməyib. Bundan əvvəl isə Konqo Demokratik Respublikası ilə heç-heçə edib. Bu nəticələrə görə komanda qrup lideri ola bilməyib.
Qrup ikincisi olan Portuqaliyanı pley-offda daha çətin rəqiblər gözləyir. Komanda əvvəlcə Xorvatiya ilə, daha sonra isə İspaniya ilə qarşılaşa bilər.
Argentinanın isə turnirdə nisbətən daha rahat rəqiblərlə üzləşəcəyi gözlənilir. Bu səbəbdən Ronaldo ilə Messinin Dünya Kubokunda növbəti dəfə qarşılaşmaq ehtimalı xeyli azalıb.
Qeyd edək ki, Ronaldo və Messi sonuncu dəfə 2023-cü ildə "Əl-Nəsr" və PSJ arasında keçirilən yoldaşlıq oyununda eyni meydanda olublar. Onlar rəsmi oyunda isə 2020-ci ilin dekabrından bəri bir-birinə rəqib olmayıblar.
Tətbiqimizi yükləyə bilərsiniz