Ən isti 20 ərazi hansı ölkələrdə yerləşir? – Türkiyə və İran ilk 20-likdə yer alıb


Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatları əsasında hazırlanan yeni xəritədə ölkələr üzrə indiyədək qeydə alınan ən yüksək hava temperaturu açıqlanıb.
Yeniavaz.com
xəbər verir ki, dünyanın ən yüksək hava temperaturu ABŞ-nin Kaliforniya ştatındakı Ölüm vadisində (“Death Valley”) qeydə alınıb. Burada termometrlər 56,7 dərəcə selsi göstərib ki, bu da dünyada qeydə alınan ən yüksək temperatur rekordu hesab olunur.
Reytinqdə ilk 20 yeri əsasən Yaxın Şərq, Şimali Afrika və Cənubi Asiya ölkələri tutur. Bu bölgələrdə bir sıra ərazilərdə temperatur 50 dərəcə selsidən yuxarı qalxıb.
Siyahıda qonşu ölkələrdən Türkiyə və İran da yer alıb. Ölkənin indiyədək qeydə alınan ən yüksək temperaturu 50,5 dərəcə selsi olub. Bu göstərici Şırnak vilayətinin Silopi rayonunda ölçülüb və Türkiyə dünyanın ən isti rekord temperaturlara malik ölkələri arasında 18-ci sırada qərarlaşıb.
Mütəxəssislər bildirirlər ki, ekvator ən çox günəş radiasiyası qəbul etsə də, ən yüksək temperatur rekordları əsasən subtropik səhra zonalarında qeydə alınır. Bunun səbəbi isti və quru hava kütlələrinin həmin ərazilərdə enərək daha da qızmasıdır.
Dünyanın ən isti 20 nöqtəsi aşağıdakı kimi olub:
ABŞ – Ölüm Vadisi: 56,7°C
Tunis – Kəbili: 55,0°C
Küveyt – Mitribah: 54,0°C
İsrail – Tirat Svi: 54,0°C
İraq – Bəsrə: 53,9°C
Pakistan – Turbat: 53,7°C
İran – Əhvaz: 53,7°C
Çin – Turpan: 52,2°C
Birləşmiş Ərəb Əmirlikləri – Sveyhan: 52,1°C
Meksika – Sonora: 52,0°C
Səudiyyə Ərəbistanı – Ciddə: 52,0°C
Oman – Əl-Cubayl: 51,6°C
Əlcəzair – Əl-Bəyad / Uarqla: 51,3°C
Misir – Asvan / Əsyut: 51,1°C
İordaniya – Deyr Allah: 51,1°C
Hindistan – Falodi: 51,0°C
Avstraliya – Oodnadatta / Onslou: 50,7°C
Türkiyə – Silopi: 50,5°C
Mərakeş – Aqadir: 50,4°C
Qətər – Doha: 50,4°C

DİGƏR XƏBƏRLƏR

Top