ABŞ-nin bölgədəki hərbi bazaları “cəhənnəmə çevriləcək” – İİKK-dən sərt xəbərdarlıq


İran İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) donanması ABŞ-yə sərt xəbərdarlıq edib.
Yeniavaz.com
“Tasnim” agentliyinə istinadən xəbər verir ki, açıqlamada bölgədə davam edən düşmənçilik hərəkətlərinə qətiyyətli cavab veriləcəyi və ABŞ-nin bölgədəki hərbi bazalarının “cəhənnəmə çevriləcəyi” bildirilib.
Açıqlamada qeyd olunub ki, ABŞ-nin Sirik istiqamətinə endirdiyi zərbələr İranın Hörmüz boğazı üzərindəki üstünlüyünü dəyişmir.
“Amerikalıların Sirikə kor-koranə atəş açması Hörmüz boğazı üzərindəki dominantlığımızın sirrini açmır, lakin pozuculara atəş açmağımız qalan gəmilərə keçidin açıq olduğunu xatırladır”, – deyə İİKK-nın bəyanatında vurğulanıb.
Bundan əvvəl ABŞ Prezidenti Donald Tramp “Truth Social” platformasında paylaşım edərək, Amerika təyyarələrinin İranın raket və pilotsuz uçuş aparatları anbarlarına, eləcə də sahil radar qurğularına zərbələr endirdiyini açıqlayıb.
İİKK isə buna cavab olaraq Küveytdəki Əli əl-Salim aviabazasına və Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının obyektləri də daxil olmaqla səkkiz ABŞ hərbi hədəfinə ballistik raketlər və pilotsuz uçuş aparatları ilə gecə hücumları həyata keçirdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top