
Yaxın Şərq neftindən ən çox asılı olan ölkələr əsasən Asiya və Afrika regionlarında yerləşir.
Yeniavaz.com xəbər verir ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) araşdırmaya əsasən, Eritreya daxili neft istehlakının 91 faizini Yaxın Şərqdən idxal edir. Madaqaskarda bu göstərici 89 faiz, Pakistanda isə 78 faizdir. Yaponiya daxili neft tələbatının 77 faizini Yaxın Şərqdən qarşılayır. Keniyada da bu göstərici 77 faiz təşkil edir.
Şərqi Asiyanın böyük iqtisadiyyatları da Yaxın Şərq neftindən yüksək səviyyədə asılıdır. Tayvanda daxili istehlakın 63 faizi, Cənubi Koreyada 57 faizi, Hindistanda 45 faizi, Çində isə 38 faizi bu regiondan idxal olunan neftin payına düşür.
Avropa ölkələri arasında Litva 40 faizlə ən yüksək göstəriciyə malikdir. İslandiya və Polşada bu rəqəm 34 faizdir. Almaniyada Yaxın Şərq neftinin daxili istehlakdakı payı cəmi 6 faiz təşkil edir. Fransa, İtaliya, İspaniya və Böyük Britaniyada da asılılıq nisbətən aşağı səviyyədədir.
Şimali Amerikada isə vəziyyət fərqlidir. Kanada daxili istehlakının cəmi 1 faizini, ABŞ isə 3 faizini Yaxın Şərqdən idxal olunan neft hesabına qarşılayır. Bu, həmin ölkələrin yüksək daxili hasilatı və alternativ təchizat mənbələri ilə izah olunur.
Yaxın Şərqdən idxal olunan neftin daxili istehlakdakı payı:
Eritreya – 91%
Madaqaskar – 89%
Pakistan – 78%
Yaponiya – 77%
Keniya – 77%
Tayvan – 63%
Cənubi Koreya – 57%
Cənubi Afrika – 54%
Tanzaniya – 53%
Namibiya – 50%
Şri-Lanka – 50%
Tayland – 50%
Hindistan – 45%
Litva – 40%
Çin – 38%
Vyetnam – 36%
İslandiya – 34%
Filippinlər – 34%
Polşa – 34%
Yunanıstan – 33%
Sudan – 31%
Misir – 30%
Sinqapur – 28%
Serbiya – 25%
Malayziya – 22%
Banqladeş – 20%
Mozambik – 20%
Bruney – 19%
Fransa – 18%
İtaliya – 16%
Sloveniya – 12%
Türkiyə – 11%
İndoneziya – 10%
Hollandiya – 10%
Avstriya – 9%
İspaniya – 9%
Belçika – 8%
Birləşmiş Krallıq – 8%
Almaniya – 6%
Braziliya – 3%
ABŞ – 3%
Nigeriya – 2%
Kanada – 1%
Tətbiqimizi yükləyə bilərsiniz