Avropa ölkələrində istehlak səbətinin qiyməti – Siyahı


Avropada eyni məhsul və xidmətlərdən ibarət istehlak səbətinin qiyməti ölkələr arasında böyük fərqlər göstərib.
Yeniavaz.com
“Eurostat”a istinadən xəbər verir ki, hesablamalar Avropa İttifaqı (Aİ) ortalamasını 100 vahid kimi qəbul edən qiymət indeksi əsasında aparılıb.
Məlumata görə, Aİ daxilində ən yüksək qiymət səviyyəsi Lüksemburqda, ən aşağı isə Rumıniyada qeydə alınıb. Daha geniş Avropa miqyasında isə İslandiya ən bahalı, Şimali Makedoniya isə ən ucuz ölkə kimi önə çıxıb.
İslandiyada qiymətlər Aİ ortalamasından 83,7%, İsveçrədə isə 81% daha yüksəkdir. Danimarka (+40,2%), İrlandiya (+39,6%), Norveç (+38,4%), İsveç (+28,4%) və Finlandiya (+26,1%) də yüksək qiymət səviyyəsinə görə ilk sıralardadır.
Aİ-nin böyük iqtisadiyyatları arasında Almaniya ortalamadan 9,1% baha, Fransa 6,4% baha, İtaliya isə bir qədər ucuz, İspaniya isə orta göstəricidən aşağı qiymət səviyyəsinə malikdir.
Ən ucuz ölkələr sırasında isə Şimali Makedoniya (49,7), Türkiyə (52,2), Bosniya və Herseqovina (55,7), Rumıniya (58,9) və Bolqarıstan (60,0) yer alır. Bu ölkələrdə qiymətlər Aİ ortalamasından ən azı 40% aşağıdır.
Mütəxəssislər qiymət fərqlərini əsasən əməkhaqqı səviyyəsi, məhsuldarlıq, vergi siyasəti və nəqliyyat xərcləri ilə izah edirlər. Eyni zamanda vurğulanır ki, yüksək qiymətlər avtomatik olaraq aşağı yaşayış səviyyəsi demək deyil, çünki gəlir və alıcılıq qabiliyyəti də nəzərə alınmalıdır.
Avropa ölkələrində qiymət səviyyəsi indeksləri aşağıdakı kimi olub:
İslandiya – 183.7
İsveçrə – 181.0
Lüksemburq – 148.0
Danimarka – 140.2
İrlandiya – 139.6
Norveç – 138.4
İsveç – 128.4
Finlandiya – 126.1
Niderland – 120.4
Avstriya – 119.0
Belçika – 118.1
Almaniya – 109.1
Fransa – 106.4
Aİ ortalaması – 100.0
İtaliya – 98.0
Estoniya – 97.8
Malta – 95.8
Kipr – 91.6
Slovakiya – 91.1
Yunanıstan – 91.1
Portuqaliya – 85.3
Çexiya – 84.0
Macarıstan – 82.0
Sloveniya – 81.4
Litva – 81.4
Latviya – 80.6
Xorvatiya – 76.3
Polşa – 71.6
Albaniya – 71.1
Serbiya – 62.5
Monteneqro – 61.0
Bolqarıstan – 60.0
Rumıniya – 58.9
Bosniya və Herseqovina – 55.7
Türkiyə – 52.2
Şimali Makedoniya – 49.7

DİGƏR XƏBƏRLƏR

Top