1/16 final mərhələsinin bütün cütləri müəyyənləşib


ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi futbol üzrə Dünya Çempionatında 1/16 final mərhələsinin bütün cütləri müəyyənləşib.
Yeniavaz.com
xəbər verir ki, J qrupunun son oyunlarından sonra pley-off mərhələsində qarşılaşacaq bütün komandaların siyahısı tam formalaşıb.
Beləliklə, turnirin növbəti raundunda iştirak edəcək bütün yığmalar və onların rəqibləri rəsmən bəlli olub.
1/16 final mərhələsində aşağıdakı oyunlar keçiriləcək:
28 iyun
23:00 – Cənubi Afrika Respublikası – Kanada
29 iyun
21:00 – Braziliya – Yaponiya
30 iyun
00:30 – Almaniya – Paraqvay
05:00 – Niderland – Mərakeş
21:00 – Fildişi Sahili – Norveç
1 iyul
01:00 – Fransa – İsveç
05:00 – Meksika – Ekvador
20:00 – İngiltərə – Konqo Demokratik Respublikası
2 iyul
00:00 – Belçika – Seneqal
04:00 – ABŞ – Bosniya və Herseqovina
23:00 – İspaniya – Avstriya
3 iyul
03:00 – Portuqaliya – Xorvatiya
07:00 – İsveçrə – Əlcəzair
22:00 – Avstraliya – Misir
4 iyul
02:00 – Argentina – Kabo-Verde
05:30 – Kolumbiya – Qana
Məlumat üçün bildirək ki, 48 komandanın iştirak etdiyi Dünya Çempionatı tarixdə ilk dəfə bu formatda keçirilir və turnir 19 iyulda yekunlaşacaq. Pley-off mərhələsinə qruplarda ilk iki yeri tutan yığmalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz komanda da vəsiqə qazanıb.

DİGƏR XƏBƏRLƏR

Top