
İspan aktrisası Penelopa Kruz qəribə bir hobbisi olduğunu etiraf edib.
Yeniavaz.com xəbər verir ki, “The New Yorker”ə verdiyi son müsahibədə o, gecələr tibbi kitablar oxuduğunu açıqlayıb.
52 yaşlı aktrisanın sözlərinə görə, o, uşaqlıqda həkim rolunu oynayaraq, nənəsindən qalan insulin iynələrini kuklalara vurub.
“Son 12 ildir ki, hər gün gecələr tibbi kitablar oxuyuram”, - o, bildirib.
Ulduzdan müsahibə alan Oliviya Uayld Kruzun həkim olmaq üçün təhsil alıb-almadığını aydınlaşdırıb:
“Xeyr, xeyr, xeyr, xeyr, bu mənim hobbimdir”.
O, əlavə edib ki, həftədə beş-altı gün tibbə həsr edir və məsələn, endokrin sistem haqqında qalın kitablar oxuyur:
“Niyə bəyəndiyimi izah edə bilmirəm”.
Tətbiqimizi yükləyə bilərsiniz