Argentina 500 min dollarlıq “qızıl pasportlar” verəcək


Argentina investisiya yolu ilə vətəndaşlıq proqramına başlamağa hazırlaşır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Financial Times” qəzeti məlumat yayıb.
Mənbələr qəzetə bildiriblər ki, Argentina təxminən 500.000 dollar geri qaytarılmayan ianə və ya 1 milyon dollarlıq dövlət istiqrazlarının alınması müqabilində pasportlar verəcək. Qəzetin mənbələri proqramın şərtlərinin dəyişdirilə biləcəyini qeyd ediblər.
Ölkə hakimiyyəti ümid edir ki, “qızıl passport” proqramı Argentinaya qarşıdakı illərdə on milyardlarla dollarlıq borcu ödəməyə kömək edəcək.
Proqrama cavabdeh olan Argentina İqtisadiyyat Nazirliyi şərh verməkdən imtina edib.
Proqram təsdiqlənərsə, Argentina investisiya yolu ilə vətəndaşlıq təklif edən ən böyük ölkələrdən birinə çevriləcək. Argentina pasportu təxminən 170 ölkəyə vizasız səyahət etməyə imkan verəcək - bu, investisiya yolu ilə əldə edilə bilən digər pasportlardan daha çoxdur.

DİGƏR XƏBƏRLƏR

Top