
İnsan beyni 5 duyğu üzvünün köməyi ilə qəbul etdiyi bütün informasiyaları toplayır, sonra da topladığı bu informasiyaları qabiliyyət, maraq və təcrübə kimi amillərin təsiri ilə fəaliyyətə çevirir. Bütün bunları nəzərə alaraq, eyni şeyi uşaqlar üçün də demək olar. Belə ki, uşaqlarda kənardan qəbul edilən informasiyaların toplanması böyüklərlə müqayisədə daha çox baş verir. Uşağa mütəmadi olaraq dəcəl demək və ya uşağı ətrafdakılara dəcəl kimi təqdim etmək də bu baxımdan təhlükəlidir. Ona görə də, hər şeydən əvvəl dəcəlliyin mənbəyini müəyyən edin və lazım gəlsə, bir mütəxəssisdən kömək alın.
Digər tərəfdən, işə uşağınızdakı mənfi hərəkətləri yox, müsbət hərəkətləri görməklə başlayın. Müsbət hərəkətləri mütləq mükafatlandırın, mənfi hərəkətləri isə uyğun bir dillə ifadə edin. Həmçinin, belə uşaqlara qarşı “Dəcəllik etsən, səni heç vaxt sevməyəcəyəm”, “Dəcəllik etsən, özümə başqa uşaq alacağam”... kimi sözlərə yol veməyin. Ətrafınızdakıların da uşağınıza dəcəl uşaq kimi baxmasının qarşısını alın. Və ən əsası uşağınıza artıq enerjidən xilas olmaq üçün imkan (ya da imkanlar) verin.
Aygün Vəliyeva
Tətbiqimizi yükləyə bilərsiniz