Ukrayna MiQ-29 təyyarəsini itirdiyini, Rusiya isə ikisini vurduğunu deyir

.
Ukrayna Hərbi Hava Qüvvələri 27 iyun gecəsi Poltava bölgəsində döyüş tapşırığı zamanı MiQ-29 qırıcı təyyarəsinin itirildiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, ukraynalı pilot katapult edib və xəstəxanaya yerləşdirilib. Ukrayna tərəfi əlavə məlumat verməyib.
Rusiya Müdafiə Nazirliyi isə öz növbəsində 27 iyunda Rusiya dronlarının Nikolayev bölgəsindəki Voznesensk aerodromunda iki MiQ-29 qırıcı təyyarəsini və Ukrayna Ordusunun yerüstü dəstək avadanlıqlarını məhv etdiyini bildirib.
Rusiya tərəfi bir təyyarənin alovlandığını göstərən video yayımlayıb. Ukrayna bu məlumatla bağlı heç bir şərh verməyib.

DİGƏR XƏBƏRLƏR

Top