Suriyada milyonlarla insan susuz qalıb

Ötən il dekabrın 22-dən bəri Ayn əl-Fica su təsislərinin yararsız vəziyyətə düşməsi səbəbilə Dəməşq və ətraf ərazidəki 5,5 milyon insan sudan istifadə edə bilmir. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin açıqlamasında deyilir. Regionda baş verən silahlı toqquşmalar səbəbilə su təsisslərinin təmirini aparmaq mümkünsüzləşib. Hələbin şərqindəki İŞİD terror qruplaşmasının nəzarətində olan su təsislərindəki nasazlığa görə isə Hələbdə 1,8 milyon insan yanvarın 14-dən etibarən susuz qalıb. İŞİD təsislərin təmir edilməsinə icazə vermir.

DİGƏR XƏBƏRLƏR

Top