Hidayət bürünc, Zelim qızıl medal qazandı


Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-Pri turniri çərçivəsində növbəti görüşlər keçirilib.
Yeniavaz.com xəbər verir ki, Zelim Tçkayev finalda avstriyalı Bernd Faşinqi məğlub edərək qızıl medala yiyələnib.
Hidayət Heydərov isə karyerasında ilk dəfə 81 kq çəki dərəcəsində medal qazandı. Cüdoçumuz üçüncü yer uğrunda görüşdə Eqor Suxoparov üzərində qələbə qazanaraq Sindao Qran-Prisinin bürünc medalına sahib çıxıb.

DİGƏR XƏBƏRLƏR

Top