Fransada anomal istilər − 3 uşaq maşında öldü


Ötən çərşənbə Fransanın cənub-qərbində temperatur 44°C-dən yuxarı qalxaraq rekord qırıb.
Yeniavaz.com
“The Daily Mail”ə istinadən xəbər verir ki, iyunun 18-dən Fransada azı 48 nəfər su hövzələrində boğulub.
Çərşənbə günü qərb sahilindəki Tranş-sur-Mer şəhərində yaşlı bir britaniyalı qadın düşərgədə yıxılaraq dünyasını dəyişib. Elə həmin gün Paris ətrafındakı avtomobildə üç yaşlı uşağın cəsədi tapılıb. Oxşar hadisə Fransanın cənubundakı Karpentras şəhərində baş verib. Dörd və iki yaşlı uşaqlar anaları tərəfindən avtomobildə huşsuz vəziyyətdə tapılıb. Təcili yardım xidmətləri hadisə yerinə tez bir zamanda çatsa da, qurbanları reanimasiya etmək cəhdləri uğursuz olub.
Fransadan əlavə, Almaniya, Niderland, Belçika, İtaliya və İspaniya da daxil olmaqla, Avropanın qalan hissəsində də anomal istilər hökm sürüb. İsti hava səbəbindən üç gün ərzində 212 nəfər ölüb.
 

DİGƏR XƏBƏRLƏR

Top