
“Hərbi xidmət müddətinin aşağı salınması məsələsi ilk növbədə silahlı birləşmələrlə razılaşdırılmalıdır, çünki hərbi bilikləri onlar öyrədir”.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi general-mayor Mürsəl İbrahimov APA və REAL TV-yə müsahibəsində müvafiq suala cavabında danışıb.
“Daha qısa zamanda hərbi biliklərə yiyələnməsi mümkün olduğu halda bu məsələ müzakirə oluna bilər. Hazırda bu məsələ müzakirə mövzusu deyil. Ödənişli hərbi xidmətin də tətbiqi bu gün gündəlikdə yoxdur”, - rəis deyib.
Tətbiqimizi yükləyə bilərsiniz