İspaniya Uruqvayı məğlub etdi, Misir İranla heç-heçə qaldı − Gecənin nəticələri


Futbol üzrə dünya çempionatında növbəti oyunlar keçirilib.
Yeniavaz.com
xəbər verir ki, Qvadalxara stadionunda keçirilən H qrupunun III turunun matçında İspaniya Uruqvayla görüşüb.
Avropa təmsilçisi 1:0 hesabı ilə qələbə qazanıb.
Oyunun 42-ci dəqiqəsində Aleks Baena fərqlənib.
H qrupunun növbəti matçı Kabo Verde və Səudiyyə Ərəbistanı arasında baş tutub.
Matçda qol vurulmayıb - 0:0.
Digər qarşılaşmada Misir İranla görüşüb. Sietl stadionunda keçirilən G qrupunun matçında bərabərlik qeydə alınıb - 1:1.
Misirin heyətində 5-ci dəqiqədə Mahmud Saber fərqlənib. 14-cü dəqiqədə isə İranın bərabərlik qolunu Ramin Rezaeyan vurub.
G qrupunun növbəti oyunu Belçika və Yeni Zelandiya arasında keçirilib. “BC Place” stadionunda baş tutan oyunda Belçika 5:1 hesablı qələbə qazanıb.  
Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Brüyne (66), Romelu Lukaku (86) və Aleksis Salemakers (90+4) vurublar. Yeni Zelandiyada isə Cast Elaydca (84) dəqiq zərbə müəllifi olub.

DİGƏR XƏBƏRLƏR

Top