Suriya hökuməti və müxalifəti Astana sənədini imzalamayacaq

Astana danışıqlarında iştirak edən Suriya müxalifətinin nümayəndə heyəti atəşkəs üzrə zəmanətçi ölkələrin yekun komünikesini imzalamayacaq. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu danışıqlarda müxalifətin nümayəndə heyətinin rəsmi nümayəndəsi Yəhya əl-Aridi deyib. Onun sözlərinə görə, imzalanma olmayacaq: “Zəmanətçi ölkələr Rusiya, Türkiyə və bəlkə İran sadəcə sənəd yayımlayacaqlar”. Suriya hökumətinin nümayəndə heyətinin də sənədi imzalamaması gözlənilir. Zəmanətçi ölkələrin üzərində işlədiyi sənəd danışıqların digər iştirakçılarına təqdim etmək üçündür

DİGƏR XƏBƏRLƏR

Top