ABŞ ələ keçirilmiş İran yük gəmisinin 22 heyət üzvünü azad etdi


Bölgədə vəziyyətin gərginləşməsi fonunda Hörmüz boğazından 100-dən çox gəmi təxliyə edilib, ABŞ tərəfindən azad edilən İran gəmisinin heyət üzvləri isə Pakistana çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) baş katibi Arsenio Dominqes bildirib.
O qeyd edib ki, həftənin əvvəlindən bəri Hörmüz boğazından 115 gəmi və 2500 dənizçi təxliyə edilib:
“Təxliyə ABŞ tərəfindən İran ticarətinə tətbiq edilən sərt dəniz blokadası fonunda həyata keçirilir. Eyni kontekstdə, ABŞ ordusu əvvəllər Oman körfəzində blokadanı pozmağa cəhd etdikləri üçün ələ keçirilmiş Çindən gələn İran yük gəmisinin 22 heyət üzvünü azad edib”.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp ələ keçirilmiş gəminin “məxfi” yük daşıdığını bildirmişdi.
Pakistan rəsmilərinin məlumatına görə, azad edilmiş dənizçilər cümə günü Pakistanın Karaçi şəhərinə çatıb və daha sonra Tehrana göndərilmələri üçün İran konsulluğunun nümayəndəsinə təhvil verilib.

DİGƏR XƏBƏRLƏR

Top