Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 589 nəfərə çatıb


Venesuelada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 589 nəfərə çatıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Venesuelanın müvəqqəti prezidenti Delsi Rodriqes məlumat yayıb.
O bildirib ki, zəlzələ nəticəsində xəsarət alanların sayı isə 2980 nəfərdir.
Ölkənin səhiyyə naziri Karlos Alvarado isə təxminən 36 min nəfərin itkin düşdüyünü bildirib.
ABŞ Dəniz Piyadaları Korpusunun general-mayoru Kevin C. Cerrad ABŞ ordusunun zəlzələdən zərərçəkənlərə yardım əməliyyatlarına dəstəyini idarə və koordinasiya etmək məqsədilə Venesuelanın paytaxtı Karakasa gedib.
Həmçinin, Salvadordan 200-ə qədər xilasedici də axtarış-xilasetmə əməliyyatlarına qoşulmaq üçün Venesuelaya yola düşüb.

DİGƏR XƏBƏRLƏR

Top