
Bu ilin iyun ayının əvvəlinə olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bankda 27 min 374 nəfər işçi çalışıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, bu ilin may ayı ərzində bank işçilərinin sayı 15 nəfər azalıb.
Belə ki, bu ilin 1 may tarixinə olan məlumata görə, bank işçilərinin sayı 27 min 389 nəfər olub.
Qeyd edək ki, bu ilin ilk 5 ayı ərzində ölkədə bank filiallarının sayı 502-dən 499-a, bank şöbələrinin sayı isə 87-dən 84-ə düşüb.
Onu da bildirək ki, banklara məxsus ATM-lərin sayı isə 5 ayda 3 486-dan 3 502-yə yüksəlib.
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz