
Rusiya Müdafiə Nazirliyi Ukrayna ilə hərbi əsirlərin “160-a 160” formatında dəyişdirildiyini elan edib.
Yeniavaz.com xəbər verir ki, Nazirliyin məlumatına görə, rus hərbçilər hazırda Belarusdadır və onlarla Rusiyanın İnsan Hüquqları üzrə Komissarı Yana Lantratova işləyir.
Qeyd olunub ki, mübadilə Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi ilə həyata keçirilib.
Ukrayna hələlik əsir mübadiləsi ilə bağlı məlumatı təsdiqləməyib.
Qeyd edək ki, iki ölkə arasında sonuncu əsir mübadiləsi 5 iyun 2026-cı ildə “185-ə 185” formatında baş tutub. Həmin vaxt Ukrayna Prezident Administrasiyasının rəhbəri Kirill Budanov bildirib ki, 185 hərbçidən əlavə, bir mülki şəxs də Ukraynaya qayıdıb.
Tətbiqimizi yükləyə bilərsiniz