
Dünya Çempionatının qrup mərhələsinin sonuncu turunda ABŞ və Türkiyə milliləri qarşılaşıb və görüş Türkiyə millisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Yeniavaz.com xəbər verir ki, ölkəmizdə matç İTV-də yayımlanıb və Nurlan Valehoğlu tərəfindən şərh olunub.
Sosial şəbəkələrin Türkiyə seqmentində və Türkiyə mətbuatında Valehoğlunun Barış Alper Yılmazla bağlı dedikləri müzakirələrə səbəb olub.




Belə ki, matçın 88-ci dəqiqəsində B. A. Yılmaz qol fürsətini dəyərləndirə bilməyib və bu zaman N. Valehoğlu onunla bağlı bu ifadələri işlədib:
“Dəyərləndirə bilmədi fürsəti Barış Alper Yılmaz. Nəyi dəyərləndirəcək bəs, Barış?! Xəyal qırıqlığıdır əməlli-başlı Barış Alper Yılmaz”.
Həmin anları əks etdirən kadrları təqdim edirik:
Tətbiqimizi yükləyə bilərsiniz