
Moskvada birbaşa yaşayış binalarının üzərinə hava hücumundan müdafiə sistemləri quraşdırılır.
Yeniavaz.com “Visegrad”a istinadla xəbər verir ki, bunu əks etdirən kadrlar Rusiyanın teleqram kanallarında yayılıb.
Bildirilir ki, kadrlarda, “Pantsir” hava hücumundan müdafiə sisteminin vertolyot vasitəsilə Moskvanın Çertanovo rayonundakı ən hündür binaların yerləşdiyi “77 saylı prospekt” yaşayış kompleksinin üzərinə quraşdırıldığı görünür.
Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, son vaxtlar Ukrayna ordusu PUA-lar vasitəsilə Rusiyanın paytaxtı Moskvaya genişmiqyaslı hücumlar həyata keçirib.
Tətbiqimizi yükləyə bilərsiniz