Messi İordaniya ilə oyunda meydana çıxacaq?


Argentina millisinin baş məşqçisi Lionel Skaloni Dünya Kuboku qrup mərhələsinin üçüncü turunda İordaniya ilə oyunda (28 iyun) start heyətini meydana çıxarmağı planlaşdırmır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “dataref” sosial şəbəkə hesabında jurnalist Qaston Edula istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, hücumçu və komanda kapitanı Lionel Messi meydana qısa müddətə çıxacaq. 39 yaşlı futbolçunun ilk dəqiqələrdən, və ya ikinci hissədə oyuna daxil ediləcəyi hazırda məlum deyil.
Qeyd edək ki, Messi hazırda Dünya Kubokunda beş qolla ən çox qol vuran oyunçudur.

DİGƏR XƏBƏRLƏR

Top