Rusiyada cinayət məsuliyyəti yaşının 12-yə endirilməsi təklif edilib


Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin cinayət məsuliyyəti yaşının 12-yə endirilməsinin tərəfdarıdır.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə Sankt-Peterburq Hüquq Forumunda danışıb.
“Biz cinayət məsuliyyəti yaşının 12-yə endirilməsini təklif etdik, lakin onlar bizimlə razılaşmadılar”, - sədr deyib.
İstintaq Komitəsi rəhbərinin sözlərinə görə, bugünkü yeniyetmələr daha tez yetkinləşir və 12 və ya 13 yaşında cinayət törədirlər, lakin cəzasız qalırlar.
Bastrıkin həmçinin qeyd edib ki, Rusiyada şagirdlər 2025-ci ildə məktəblərə altı dəfə hücum ediblər və 2026-cı ilin əvvəlindən bəri artıq səkkiz belə hadisə qeydə alınıb.
Qeyd edək ki, son bir il ərzində Rusiyada cinayət məsuliyyəti yaşının endirilməsi təklifləri dəfələrlə səsləndirilib. 2025-ci ildə Bastrıkin narkotik qaçaqmalçılığına görə cinayət məsuliyyəti yaşının 16-dan 14-ə endirilməsini təklif edib.

DİGƏR XƏBƏRLƏR

Top