Benzin istehsalı azalıb

Ötən il ölkədə 1 milyon 153,2 min ton avtomobil benzini istehsal olunub ki, bu da əvvəlki illə müqayisədə 5,8 faiz azdır. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, 2016-cı ildə Azərbaycanda 2 milyon 315,2 min ton dizel yanacağı istehsal edilib. Bu, 2015-ci il ilə müqayisədə 17,4 faiz azdır. Ötən il Azərbaycanda ağ neftin istehsalı 8,9 faiz azalıb. Belə ki, ötən ilin 12 ayı ərzində ölkədə 627,3 min ton ağ neft istehsal olunub. Ötən il ərzində ölkədə neft bitumunun istehsalında 4,3 faiz artaraq 179,2 min ton təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top