
İranın Hörmüz boğazından keçən gəmini vurduğu deyilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Adı çəkilməyən ABŞ rəsmisi bildirib ki, gəmiyə İran pilotsuz təyyarəsi hücum edib.
Bölgədə dəniz nəqliyyatını izləyən Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları bildirib ki, naməlum mərmi gəminin sağ tərəfinə dəyib və körpüyə zərər verib. Tələfat barədə məlumat verilməyib.
İran hücuma görə məsuliyyəti öz üzərinə götürməyib. Zərbə İslam İnqilabı Keşikçiləri Korpusunun yalnız İran tərəfindən təsdiqlənmiş marşrutlarla hərəkət edən gəmilərə təhlükəsiz keçidin veriləcəyini elan etməsindən bir neçə saat sonra baş verib.
Bu, ABŞ və İranın 18 iyunda bütün cəbhələrdə 60 günlük atəşkəs və müharibəyə tamamilə son qoymaq üçün danışıqların başlamasını tələb edən bir razılaşma imzalamasından bəri Hörmüz boğazında gəmiyə edilən ilk məlum hücumdur.
Tətbiqimizi yükləyə bilərsiniz