Yaponiyada daha bir şiddətli zəlzələ oldu – Yenilənib


Yaponiyanın mərkəzində 5,6 bal gücündə daha bir zəlzələ baş verib.
Yeniavaz.com
xəbər verir ki, ölkənin Milli Meteorologiya Administrasiyasının məlumatına görə, episentr Tokio yaxınlığında, ocağı isə 20 kilometr dərinlikdə olub.
Zəlzələ Yaponiya seysmik şkalasına görə 6 bal gücündə qiymətləndirilib. Bildirilib ki, bu böyüklükdəki titrəmə evlərə ziyan vura bilər.
“Zəlzələdən bir neçə saniyə əvvəl ölkə miqyasında xəbərdarlıq sistemi işə salınıb və yerli sakinlərin mobil telefonları səssiz rejimə məhəl qoymayan sirenlər səsləndirilib. Yaponiyanın paytaxt bölgəsində güclü titrəmələr hiss olunub. Zəlzələlərdən sonra sunami xəbərdarlığı verilib, lakin bir neçə dəqiqə sonra xəbərdarlıq ləğv edilib”, - yerli KİV yazır.

***11:09
Yaponiyanın şimal-şərqi Honshu adasında yerləşən Aomori və İvate prefekturalarında ötən gün baş verən 7,2 bal gücündə zəlzələlə nəticəsində 114 ibtidai və orta məktəb müvəqqəti olaraq bağlanıb.
Yeniavaz.com
xəbər verir ki, Yaponiyanın Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi bu barədə məlumat yayıb.
Bildirilib ki, məktəblərdə vəziyyətin qiymətləndirilməsi və çatların axtarışı üçün işlər davam edir. Həmçinin ərazini təmizləmək və avadanlıq və mebellərə dəyən ziyanı müəyyən etmək üçün vaxt lazım olacaq. Fəlakət bölgəsində şagird və ya işçi heyətinin xəsarət alması barədə məlumat yoxdur.
Qeyd edək ki, Yaponiyanın şimal-şərqində baş verən zəlzələ nəticəsində 11 nəfər xəsarət alıb və təxminən 100 tikili zərər görüb.

DİGƏR XƏBƏRLƏR

Top