Ərzaq 16,7% bahalanıb, əhalinin gəlirləri isə 8,7% artıb - RƏSMİ AÇIQLAMA

2016-cı ildə əvvəlki ilə nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 12,4 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 14,7 faiz, qeyri-ərzaq məhsullarının qiymətləri 16,7 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 5,8 faiz artıb. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, ötən ilin yanvar-noyabr aylarında muzdla işləyənlərin orta aylıq nominal əmək haqqı 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 7 faiz artaraq 494,3 manat təşkil edib.
2016-cı ildə əvvəlki illə müqayisədə əhalinin gəlirləri nominal ifadədə 8,7 faiz artaraq 45 milyard 395,1 milyon manata çatıb. Gəlirlərin 76,3 faizi son istehlak xərclərinə, 8,4 faizi vergilərin, sığorta və üzvlük haqlarının, 2,9 faizi kreditlər üzrə faizlərin ödənilməsinə sərf edilmiş, 12,4 faizi isə yığıma yönəldilib.

DİGƏR XƏBƏRLƏR

Top