
İsrail Prezidenti İsaak Hersoqun göyərtəsində olduğu vertolyot təcili eniş edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Ynet” portalı məlumat yayıb.
Bildirilib ki, hadisə vertolyotun quşlarla toqquşmasından sonra baş verib. Uçuş aparatı İsrail Müdafiə Qüvvələrinin bazasına eniş edib və daha sonra texniki yoxlamaya göndərilib. Prezident başqa bir vertolyota keçib və planlaşdırılan səfərini davam etdirib.
“Xəsarət alan olmayıb və heç bir ziyan qeydə alınmayıb. Standart prosedura uyğun olaraq, uçuş heyəti başqa bir vertolyota köçürülüb və uçuşu davam etdirib. Vertolyot əlavə yoxlama və xidmətə tez bir zamanda qayıtmaq üçün Beynəlxalq Hərbi Hava Qüvvələrinin texniki xidmətlərinə təhvil verilib. Hadisənin səbəbləri araşdırılır”, - İsrail Müdafiə Qüvvələrinin sözçüsü bildirib.
Qeyd edək ki, Hersoq “Sınmaz Qaya” əməliyyatının 12-ci ildönümü münasibətilə keçirilən dövlət mərasimində iştirak edib.
Tətbiqimizi yükləyə bilərsiniz