
Ermənistanın hakim “Vətəndaş Müqaviləsi Partiyası” Ruben Rubinyanın Parlament sədri vəzifəsinə namizədliyini irəli sürüb.
Yeniavaz.com xəbər verir ki, bu barədə ölkənin Baş naziri və partiya lideri Nikol Paşinyan Partiya Şurasının iclasından sonra jurnalistlərə danışıb.
Rubinyan hazırda Parlamentin sədr müavini vəzifəsində çalışır. O, həmçinin Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsidir.
Rubinyan özü iclasdan sonra jurnalistlərə bildirib ki, səsvermə gizlidir və bu səbəbdən kimin hansı namizədi dəstəklədiyini müəyyən etmək mümkün deyil. Onun sözlərinə görə, sədr vəzifəsinə üç namizəd nəzərdən keçirilir: özü, hazırkı Parlament sədri Alen Simonyan və “Vətəndaş Müqaviləsi fraksiyası”nın lideri Hayk Koncoryan.
O, həmçinin qeyd edib ki, hələlik Ermənistan-Türkiyə danışıqlar prosesində iştirak edib-etməyəcəyini bilmir.
Tətbiqimizi yükləyə bilərsiniz