“Rusiyaya qarşı 40 günlük təsir əməliyyatını təsdiqlədim” − Zelenski


Ukrayna Prezidenti Volodimir Zelenski Ukrayna Təhlükəsizlik Xidmətinin Rusiyaya qarşı müharibəyə son qoymaq məqsədi ilə “40 günlük təsir əməliyyatını” təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, o, bunu UTX rəhbəri Yevgeniy Xmara ilə görüşdən sonra teleqram kanalında yazıb.
O, Xmaradan uzunmüddətli sanksiyalar planımız, ortamənzilli sanksiyalar və cəbhədəki Alfa Xüsusi Əməliyyatlar Mərkəzinin nəticələri barədə hesabat aldığını bildirib. Zelenskinin sözlərinə görə, UTX müxtəlif növ dronların istifadəsi sayəsində cəbhədə Ukraynanın mövqelərini qorumaqda ən yüksək göstəricilərə malikdir.
O, əlavə məlumat verməyib.

DİGƏR XƏBƏRLƏR

Top