Rusiya Rumıniyanın Sankt-Peterburqdakı Baş Konsulluğunu bağlayır


Rusiya Xarici İşlər Nazirliyi Sankt-Peterburqdakı Rumıniya baş konsulunu persona non qrata elan edib.
Yeniavaz.com
xəbər verir ki, Rusiya hakimiyyəti şəhərdəki Rumıniya konsulluğunu bağlamaq qərarına gəlib.
“Bu tədbir Buxarestin Konstansadakı Rusiya Baş Konsulluğuna razılığını əsassız olaraq ləğv etməsinə və direktorunun persona non qrata elan edilməsinə cavabdır”, - rus diplomatları bildiriblər.
May ayının sonunda Rumıniya hakimiyyəti Konstansadakı Rusiya Baş Konsulluğunu bağlayacağını və baş konsul Andrey Kosilini ölkədən çıxaracağını açıqlayıb. Bu qərar Qalatidəki yaşayış binasının damına dron düşməsindən sonra verilib. Rumıniya hakimiyyəti dronun Rusiyaya məxsus olduğu qənaətinə gəlib.
İndi Rumıniyada yalnız Buxarestdəki Rusiya səfirliyi və onun konsulluq bölməsi qalıb. Bu arada Rusiyada yalnız Moskvadakı Rumıniya səfirliyi və onun konsulluq bölməsi qalacaq. 

DİGƏR XƏBƏRLƏR

Top