İlham Əliyevlə Berdiməhəmmədov arasında telefon danışığı oldu


İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı mədəniyyət, elm, təhsil və idman kimi sahələrdə ənənəvi olaraq məhsuldar əməkdaşlıq münasibətlərinin əhəmiyyəti vurğulanıb.
Həmçinin ikitərəfli münasibətlərin prioritet istiqamətləri ətrafında fikir mübadiləsi aparılıb.

DİGƏR XƏBƏRLƏR

Top