
Voronej vilayətindən olan, İnstaqramda və digər platformalarda bloq yazan və özünü “Ukrayna müharibəsinin veteranı” adlandıran Aleksandr Lunin Rusiya Prezidenti Vladimir Putinə müraciət edib.
Yeniavaz.com xəbər verir ki, dörd saat ərzində video İnstaqramda 3,5 milyondan çox baxış və 125.000-dən çox bəyənmə yığıb.
Videoda Lunin iddia edir ki, Müdafiə Nazirliyi və təhlükəsizlik qurumlarının da daxil olduğu rəsmilər 24 və 25 iyun tarixlərində onunla görüşüblər. O iddia edir ki, onlar Rusiya prezidentinə mesaj çatdırıblar: “Əgər o, canlı yayımda görüşə icazə verməsə, mən hazırda ölkəmizdə baş verənlər barədə bütün həqiqəti danışacağam”.
Lakin bloger rəsmilərin onu bu missiya üçün niyə seçdiklərini dəqiqləşdirməyib.
“Hazırda onlarla, yüzlərlə, minlərlə əsgərimiz zindanlarda (çuxurlarda – red.) oturub, komandirləri tərəfindən cəzalandırılır. Onlar orada oturur, çürüyür, sözdə Gestapo tərəfindən işgəncələrə və zorakılığa məruz qalırlar. Axmaq, intihar əmrlərini yerinə yetirməkdən imtina etdiklərinə görə. Maliyyə resurslarını təhvil verməkdən imtina etdiklərinə görə.
Və nəticədə onlar məhv edilir, itkin düşmüş elan edilir. Vladimir Vladimiroviç, buna diqqət yetirin, məni yanınıza dəvət edin.
Nəticələr çox ciddi olacaq. Əgər mən tezliklə Kremlə gəlib canlı danışmasam, düz sizin yanınızda ordu silahlarını Kremlə qarşı çevirəcək. Mən sadəcə mesaj çatdırıram”.
Tətbiqimizi yükləyə bilərsiniz