Ölkə iqtisadiyyatına yatırılan sərmayələr kəskin azalıb

2016-cı ildə əsas kapitala 14,9 milyard manat məbləğində, yaxud 2015-ci illə müqayisədə 26,1 faiz az vəsait yönəldilib. "Yeniavaz.com" Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, istifadə olunan vəsaitin 11 milyard 889,5 milyon manatı və ya 79,8 faizi məhsul istehsalı obyektlərinin, 2 milyard 330,4 milyon manatı (15,6 faizi) xidmət sahələri üzrə obyektlərin, 683,5 milyon manatı (4,6 faizi) isə ümumi sahəsi 1 milyaon 677,1 min kvadrat metr olan yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilib vəsaitlərin 6 milyard 29,2 milyon manatını və ya 40,5 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitin 10 milyard 832,9 milyon manatı və ya 72,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

DİGƏR XƏBƏRLƏR

Top