Sürücülər üçün cərimələrin miqdarı azaldılır Gürcüstanda yeni qərar


Gürcüstan Parlamenti üçüncü və son oxunuşda sürücülər üçün yeni qaydaları, o cümlədən kiçik sürət pozuntularına görə cərimələrin azaldılmasını təsdiqləyıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ölkənin İnzibati Xətalar Məcəlləsinə müvafiq dəyişikliklər edilib.
Mövcud qanunvericiliyə görə, sürət həddini 15 km/saat-dan çox, lakin 40 km/saat-dan çox olmayan aşmaq 100 lari, həddi 40 km/saat-dan çox aşmaq isə 300 lari cərimə ilə cəzalandırılır.
Dəyişikliklərə əsasən, cərimələr yeni diferensiallaşdırılmış sistemə keçirilir:
sürət həddini 15 km/saat-dan çox, lakin 30 km/saat-dan çox olmayan aşmaq – 50 lari (32 manat - red.);
sürət həddini 30 km/saat-dan çox, lakin 50 km/saat-dan çox olmayan aşmaq – 100 lari (64 manat - red.);
Sürət həddini 50 km/saat-dan çox aşmaq 300 lari (193 manat - red.) cərimə ilə nəticələnəcək.
Sürət həddini 30 km/saatdan çox aşmaq yol-nəqliyyat hadisəsinə səbəb olarsa, cərimə 400 lari (257 manat - red.) olacaq; belə bir qayda pozuntusu infrastruktura ziyan vurarsa, cərimə 600 lari (386 manat - red.) olacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top