
Norveç hakimiyyəti təlim prosesinə mənfi təsirlərin qarşısını almaq üçün ibtidai məktəblərdə süni intellektin istifadəsinə ciddi qadağa qoyub.
Yeniavaz.com xəbər verir ki, daha böyük uşaqlar neyron şəbəkələrindən istifadə edə biləcəklər, lakin burada da müəyyən məhdudiyyətlər tətbiq ediləcək.
Baş nazir Yonas Qar Storenin sözlərinə görə, süni intellektdən istifadə uşaqların vacib təlim mərhələlərini keçməsinə mane olur.
“Məktəbdə ən vacib şey uşaqlarımızın oxumağı, yazmağı və saymağı öyrənməsidir”, - o qeyd edib.
Bu qərar ölkə daxilində akademik nailiyyət test ballarının geniş şəkildə azalması ilə bağlı verilib. Norveç hökumətinə görə, 6 yaşdan 13 yaşa qədər şagirdlər süni intellektdən istifadə etməməlidirlər, 14-16 yaş arası şagirdlər isə bunu yalnız müəllim nəzarəti altında etməlidirlər.
Hökumət hesab edir ki, süni intellektdən səmərəli istifadə bacarıqları əsasən 17-19 yaşlı orta məktəb şagirdlərinə öyrədilməlidir. Məqsəd gəncləri ali təhsil və əmək bazarına daha düzgün hazırlamaqdır.
Yeni qaydalar 2026-cı ilin avqust ayının sonundan, yeni tədris ilindən etibarən qüvvəyə minəcək.
Tətbiqimizi yükləyə bilərsiniz