Mask COVID-19-un yaranmasında ABŞ-nin əsas rol oynadığını iddia edib


Amerikalı sahibkar İlon Mask ABŞ-nin COVID-19 koronavirusunun yaranmasında əsas rol oynadığını iddia edib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkə səhifəsində Uhan Virusologiya İnstitutunun maliyyələşdirilməsi ilə bağlı bir yazını şərh edərkən bildirib.
Mask qeyd edib ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) maliyyələşdirilməsi COVID-19-un yaradılmasında əsas rol oynayıb.
Qeyd edək ki, bundan əvvəl bir istifadəçi 2025-ci ilin iyul ayında fəaliyyətini dayandıran USAID-in Çin institutuna 53 milyon dollar ayırdığını iddia etmişdi.
Xatırladaq ki, iyunun 12-də ABŞ Milli Kəşfiyyatının keçmiş direktoru Tulsi Qabbard ABŞ hökumətinin Ukraynada, eləcə də onlarla başqa ölkədə təhlükəli patogenləri olan biolaboratoriyaları dəstəklədiyini bildirmişdıi. O, buraya 30-dan çox ölkədə 120 biolaboratoriyanın daxil olduğunu qeyd etmişdi.
Digər tərəfdən, Milli Kəşfiyyat İdarəsinin ofisi Co Bayden administrasiyasının xaricdə yerləşən Amerika biolaboratoriyalarının mövcudluğu barədə ictimaiyyətə səhv məlumat verdiyini və bunun fəlakətli nəticələrə səbəb ola biləcəyini əlavə etmişdi.

DİGƏR XƏBƏRLƏR

Top