General rütbəsi verilən hərbçilər kimdir? – Fotolar


Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamı ilə 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə bir qrup zabitə ali xüsusi rütbələr verilib.
Yeniavaz.com
“Qafqazinfo”ya istinadla general-mayor rütbəsi alan polkovniklərin hansı vəzifədə işlədiklərini və fotolarını təqdim edir:

Azər Heybətli - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin rəisinin köməkçisidir. Hazırda eyni idarənin rəisi vəzifəsini müvəqqəti əvəz edir.

Rəsul Əliyev - Müdafiə Nazirliyinin Baş İdarələrindən birinin rəisidir.

Elçin Abdullayev - Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisidir.

Gülməmməd Rzayev - Quru Qoşunlarının Artilleriya idarəsinin rəisidir. Vətən müharibəsində və antiterror tədbirlərində iştirak edib.

Ruslan Ağasiyev - Ordu korpuslarından birinin qərərgah rəisidir.

DİGƏR XƏBƏRLƏR

Top