Berluskoninin məşhur villası 350 milyon avroya satıldı...


İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoninin ailəsi onun Sardiniyadakı məşhur Çertoza villasını (Villa Certosa) Qətərin keçmiş Baş naziri və keçmiş xarici işlər naziri Həməd bin Casim bin Cabr Əl-Taniyə satıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti Berluskoni ailəsinin aktivlərini idarə edən “Fininvest” holdinq şirkətinə istinadla məlumat yayıb.
Məlumata görə, müqavilənin məbləği rəsmi olaraq açıqlanmasa da, villanın 350 milyon avroya satıldığı bildirilir.
Alıcı Qətər kral ailəsinə məxsus “Constellation” şirkəti olub.
Çertoza villası ilə bağlı müqavilə 2023-cü ildə vəfat edən Silvio Berluskoninin varislərinin onu satışa çıxarmasından təxminən bir il sonra bağlanıb. Potensial alıcılar arasında BƏƏ, Səudiyyə Ərəbistanı, Hindistan və ABŞ-dən olan milyarderlər də olub.
Nəşrin məlumatına görə, Bruney sultanı da villaya maraq göstərib.
Sardiniya sahilində Marinella körfəzində yerləşən Çertoza villası Berluskoninin hakimiyyətdə olduğu dövrdə qeyri-rəsmi yay iqamətgahı kimi xidmət edib. O, burada dünya liderlərini və xarici qonaqları qəbul edib.
Berluskoni villanı 1980-ci illərin sonlarında alıb. 2003 və 2008-ci illərdə villada keçmiş ABŞ Prezidenti Corc Buş, keçmiş Britaniya Baş naziri Toni Bleyer və Rusiya Prezidenti Vladimir Putin qonaq olublar.

DİGƏR XƏBƏRLƏR

Top