İsrail Qəzzada “İslam Cihadı” komandirini zərərsizləşdirdi


İsrail Müdafiə Qüvvələri (İDF) Qəzza zolağının cənubunda Fələstinin “İslam Cihadı” hərəkatının komandirini zərərsizləşdirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.
“İsrail Müdafiə Qüvvələri Xan Yunis (Qəzza zolağının cənubundakı şəhər - red.) yaxınlığında “İslam Cihadı”nın silah istehsalı üzrə komandiri Adam Məhəmməd İbrahim Əbu Hadidi zərərsizləşdirib,” – mətbuat xidməti qeyd edib.
Məlumata görə, o, hərəkatın hərbi qanadı üçün silah istehsalı və təchizatına məsul olub.
Mətbuat xidməti əlavə edib ki, zərbədən əvvəl mülki şəxslərə dəyən ziyanı minimuma endirmək üçün tədbirlər görülüb. O cümlədən dəqiq idarə olunan sursatlardan istifadə edilb.

DİGƏR XƏBƏRLƏR

Top