
Bu ilin ilk 4 ayında Azərbaycandan xarici ölkələrə 200,7 milyon kVt/saat elektrik enerjisi ixrac edilib.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, ixrac olunan elektrik enerjisinin ümumi gömrük dəyəri 10,8 milyon dollar təşkil edib.
Qeyd edək ki, Azərbaycan elektrik enerjisini 3 ölkəyə – İran, Gürcüstan və Rusiyaya satıb.
Bu ölkələrə satılan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri və ümumi həcmi aşağıdakı kimi olub:
Gürcüstana – 9,8 qəpik (146,7 milyon kVt/saat)
Rusiyaya – 8,1 qəpik (43,3 milyon kVt/saat)
İrana – 4,8 qəpik (10,7 milyon kVt/saat)
Məlumat üçün onu da bildirək ki, Azərbaycan qonşu ölkələrə elektrik enerjisi ixrac etdiyi kimi, həmin ölkələrdən elektrik enerjisi də idxal edib. Belə ki, hesabat dövründə Azərbaycan Rusiya, Gürcüstan və İrandan 45,4 milyon kVt/saat elektrik enerjisi idxal edib. İdxal olunan elektrik enerjisinin ümumi gömrük dəyəri isə 1,96 milyon dollar olub.
Bu ölkələrdən alınan 1 kVt/saat elektrik enerjisinin orta gömrük dəyəri və ümumi həcmi aşağıdakı kimi olub:
Gürcüstandan – 11,1 qəpik (11,4 milyon kVt/saat)
Rusiyayadan – 6,6 qəpik (23,9 milyon kVt/saat)
İrandan – 4,8 qəpik (10,1 milyon kVt/saat)
Elnur Əli
Tətbiqimizi yükləyə bilərsiniz