
Çinin “Alibaba” şirkəti Pentaqona qarşı məhkəmə iddiası qaldırıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə şirkətdən məlumat verilib.
Məlumata görə, buna səbəb Pentaqonun şirkəti “qara siyahıya” salması olub.
“Biz ABŞ Müdafiə Nazirliyinə qarşı rəsmi iddia qaldırmışıq və şirkətin Çinin hərbi şirkətləri siyahısından çıxarılmasını tələb edirik”, - deyə məlumatda bildirilib.
“Alibaba” Çin hərbi şirkəti olmadığını və “qara siyahıya” salınma qərarının əsassız olduğunu qeyd edib.
Qeyd edək ki, iyunun 9-da ABŞ Müdafiə Nazirliyi “Alibaba” da daxi olmaqla bir sıra şirkətləri Xalq Azadlıq Ordusu ilə əməkdaşlıq edən “Çin hərbi şirkətləri” siyahısına əlavə edib. Daha sonra “Alibaba” öz imicinin təhrif olunmasına qarşı qanuni tədbirlər görəcəyini elan edib.
Tətbiqimizi yükləyə bilərsiniz