
Kanada və Lüksemburqun Baş nazirləri Mark Karni və Luk Friden NATO Bankının yaradılmasını təklif ediblər.
Yeniavaz.com xəbər verir ki, bu barədə məlumat “Financial Times” (FT) qəzetinin siyasətçilərə istinadla dərc etdiyi məqalədə öz əksini tapıb.
Onlar NATO-nun Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (DSRB) yaradılmasına çağıraraq, hərbi gücün maliyyə və iqtisadi güclə dəstəklənməsinin zəruri olduğunu qeyd ediblər.
“Kapital imkanlarımız hərbi imkanIarımız qədər güclü olmalıdır. Cavab cəsarətli çoxtərəfli həll yoludur: Müdafiə, Təhlükəsizlik və Dözümlülük Bankının (DSRB) yaradılması”, - deyə məqalədə qeyd edilib.
Karni və Friden bildiriblər ki, NATO ölkələri artıq müdafiə büdcələrini əhəmiyyətli dərəcədə artırmaq öhdəliyini götürüblər, bu isə maliyyələşdirməyə ehtiyacı daha da artırır.
Siyasətçilər alyansın illik əlavə xərclərini 850 milyard avro olaraq qiymətləndiriblər.
“Bu, Alyans üzrə Avropa və Kanadada illik 850 milyard avrodan çox əlavə xərc tələb edəcək ki, bu da daxili investisiya prioritetləri ilə ödənilə bilməz”, - Karni və Friden qeyd edib.
Onların sözlərinə görə, yeni təklif Dünya Bankı və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) kimi çoxtərəfli maliyyə institutlarının sübut olunmuş modelinə əsaslanır.
Müəlliflər yazırlar ki, mövcud qaydalara əsasən kommersiya bankları müdafiə sektorunun hər 1 avro kapitalı üçün 12 avro kredit verə bilsələr də, yeni NATO bankının çoxtərəfli arxitekturası bundan iki dəfədən çox kredit verməyə imkan verəcək.
Ölkələrin iştirakı Dünya Bankı və AYİB-ə əsaslanacaq. Hər bir ölkə iki növ kapital yatıracaq: ödənilmiş və geri çağırıla bilən.
Ödənilmiş kapital banka qoşulduqdan dərhal sonra yatırılacaq. Bu pul banka likvidlik təmin edəcək və o, dərhal əməliyyatlara başlaya biləcək.
Bu töhfə ölkənin dövlət borcuna daxildir, lakin illik büdcə kəsirinə təsir etmir.
Bundan əlavə, Karni və Friden yazır ki, yeni layihə, NATO-nun ÜDM-in 5%-i səviyyəsində müdafiə xərcləri hədəfinə hesablanacaq.
Lakin layihənin həyata keçirilməsi üçün bloka daxil olan bütün dövlətlərin ortaq razılığı tələb olunur.
Tətbiqimizi yükləyə bilərsiniz