Hər saat 5 dəqiqə gəzmək məhsuldarlığı artırır


Uzun müddət oturaq vəziyyətdə işləyən şəxslər üçün hər saat beş dəqiqəlik gəzinti fasiləsi həm əhval-ruhiyyəni, həm də iş məhsuldarlığını artırmağa kömək edə bilər.

Yeniavaz.com xəbər verir ki, bu barədə “British Journal of Sports Medicine” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Kolumbiya Universitetinin tədqiqatçıları tərəfindən aparılan araşdırma çərçivəsində 11 mindən çox ABŞ işçisi arasında sorğu keçirilib. İştirakçıların əksəriyyəti ofis işlərində çalışıb və gündə 8-9 saat işləyib.
Araşdırmanın ilk həftəsində iştirakçılar adi iş rejimlərini davam etdirərək yorğunluq, əhval-ruhiyyə və iş performansları ilə bağlı gündəlik sorğuları cavablandırıblar. Sonrakı iki həftə ərzində isə onlardan hər 30 dəqiqədən, hər saatdan və ya hər iki saatdan bir beş dəqiqəlik gəzinti fasiləsi vermələri istənilib.
Nəticələr göstərib ki, hər yarım saatdan bir gəzinti əhval-ruhiyyəni yaxşılaşdırsa da, iş prosesinə mane ola bilir. Hər iki saatdan bir verilən fasilələr isə müəyyən fayda versə də, ən yaxşı nəticə hər saat beş dəqiqə gəzməklə əldə olunub. Bu zaman iştirakçılarda məhsuldarlıq, diqqət və ayıqlıq səviyyəsinin yüksəldiyi müşahidə edilib.
Araşdırmanın aparıcı müəllifi Keith Diaz bildirib ki, insanların əksəriyyəti gün ərzində uzun müddət oturaq vəziyyətdə qalır. Onun sözlərinə görə, hər saat beş dəqiqəlik hərəkət fasiləsi yorğunluğu azaltmaq və əhval-ruhiyyəni yaxşılaşdırmaq üçün kifayət edir.

DİGƏR XƏBƏRLƏR

Top