Rəsmi Bakı Venesuelaya başsağlığı verdi


Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Venesuelaya başsağlığı verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə nazirliyin “X” hesabında məlumat dərc olunub.
“Venesuelada baş verən faciəvi insan itkisinə və geniş miqyaslı dağıntılara səbəb olan dağıdıcı zəlzələdən dərindən kədərlənirik. Faciə qurbanlarının ailələrinə ürəkdən başsağlığı verir və bu çətin vaxtda Venesuela xalqı və hökuməti ilə həmrəyliyimizi ifadə edirik. Zərər çəkən bütün insanlara tezliklə sağalmalarını arzulayırıq”, - məlumatda qeyd olunub.

DİGƏR XƏBƏRLƏR

Top