
Kamal Kılıçdaroğlu məhkəmə qərarı ilə Cümhuriyyət Xalq Partiyasının (CHP) başına gətirildikdən sonra ilk dəfə yerinə təyin olunduğu Özgür Özəllə görüşüb.
Yeniavaz.com xəbər verir ki, görüş CHP-nin sabiq millət vəkillərindən Orxan Sürün vida mərasimi zamanı baş tutub.
Belə ki, mərasimə sonradan gələn K. Kılışdaroğlu ön sıradakı hər kəslə, o cümlədən Ö. Özəllə əl verib görüşüb.
Qeyd edək ki, may ayında məhkəmə CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələrini ləğv edib, partiyanın sədri Özgür Özəl vəzifəsindən kənarlaşdırılıb. CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu isə qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.
Tətbiqimizi yükləyə bilərsiniz