Metrodan istifadə edənlərin sayı azalmağa davam edir

2016-cı ildə nəqliyyatçılar 1 mlrd. 929,6 mln. nəfərə və ya 2015-ci il ilə müqayisədə 2% çox sərnişinə xidmət göstəriblər. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, sərnişinlərin 88,5%-i avtomobil nəqliyyatı, 11,3%-i metro, qalan hissəsi isə digər nəqliyyat növləri ilə daşınıb.

Dəmir yolu nəqliyyatı ilə 2016-cı il ərzində 15,3 mln. ton yük, 1 mln. 927 min sərnişin daşınıb, 2015-ci illə müqayisədə yük daşınmasında 10,6% azalma, sərnişin daşınmasında isə 1,8% artım müşahidə olunub.

Orta hesabla sutkada 437 vaqon yüklənib, 420 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,9 min ton, qərb istiqaməti üzrə 5 min ton, cənub istiqaməti üzrə isə 1,6 min ton yüklənmə işi yerinə yetirilib.

Dəniz nəqliyyatı ilə 2016-cı ildə daşınmış yüklərin həcmi 5 mln. 807,3 min ton təşkil edib və əvvəlki ilə nisbətən 12,4% azalıb. Yüklərin 41,5%-ini neft yükləri təşkil edib.

Dəniz limanları tərəfindən 9 mln. 125,9 min ton həcmində yükləmə-boşaltma işləri həyata keçirilib və yüklərin 8 mln. 541,9 min tonunu və ya 93,6%-ini tranzit yüklər təşkil edib. 2016-cı il yanvar ayının 1-i vəziyyətinə limanlarda qalan idxal yüklərin həcmi 44 min ton olub.

Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin sayı 2015-ci ilə nisbətən 2,3 dəfə artaraq 19,6 min nəfər olub.

Nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 141,5 mln. ton yük, 1 mlrd. 708,2 mln. sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq 2,8% və 2,5% artım qeydə alınıb. Sərnişinlərin 96,2%-i avtobus, 3,8%-i isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 2,8%, sərnişin dövriyyəsi isə 2,5% artıb.

Metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 2% azalaraq 217,5 mln. nəfər olub.

Hava nəqliyyatı ilə 1 mln. 981,7 min və ya 8,7% çox sərnişin daşınıb, daşımaların 99,8%-i dövlət, 0,2%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 23,5% artaraq 157,9 min tona çatıb.APA

DİGƏR XƏBƏRLƏR

Top